"Azərreyl" və "Abşeron" qalib gəldi - FOTO 

Hazırda oxunan: "Azərreyl" və "Abşeron" qalib gəldi - FOTO 

117515

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turunun oyunları baş tutub.

Bizim.Media xəbər verir ki, IV tura “Murov” - “Azərreyl” matçı ilə start verilib. Qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub.

Birinci hissədə 25:22 hesabı il ə qalib gələn “Murov” növbəti 2 setdə 15:25, 15:25 hesabı ilə məğlub olub.

Dördüncü hissəni Vüqar Əliyevin komandası 32:30 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:13 hesabı ilə qalib gələn “Azərreyl” görüşün yekun hesabını müəyyənləşdirib - 3:2.
Voleybol Mərkəzində təşkil olunan turun ikinci matçında isə UNEC komandası “Abşeron”la üz-üzə gəlib. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. Famil Ağayevin komandası 3 xalı rəqibini 3:0 hesabı ilə məğlub etməklə əldə edib.

II dövrənin ilk turundan sonra “Azərreyl” 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. 7 xalla “Murov” ikinci, 6 xalla “Abşeron” üçüncü yerdə qərarlaşıb.

Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur. IV tur “Murov” - “Azərreyl” 2:3 (25:22,15:25, 15:25, 32:30, 13:15) UNEC - “Abşeron” 0:3 (13:25, 13:25, 11:25).

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO