“Xalqımız cinayətkarın layiqli cəzalandırılmasını tələb edir” – Hacı Şahin 

“Xalqımız cinayətkarın layiqli cəzalandırılmasını tələb edir” – Hacı Şahin 

Hazırda oxunan: “Xalqımız cinayətkarın layiqli cəzalandırılmasını tələb edir” – Hacı Şahin 

117398

“Azərbaycan xalqı cinayətkarın layiqli cəzasına çatmasını, hadisənin obyektiv araşıdırılıb xalqımıza məlumat verilməsini tələb edir”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli səsləndirib. 

QMİ nümayəndəsi İranın son zamanlar Azərbaycana qarşı yeritdiyi siyasətə də münasibət bildirib: 

“Dəfələrlə qeyd etmişik ki, iki dövlət arasında münasibətlərin korlanmasına yönəlmiş ritorikadan istifadə olunmamalıdır. Biz bəzən məsuliyyətsiz açıqlamaların da şahidi olduq. Bu da münasibətlərin kəskinləşməsinə gətirib çıxarır. Heç şübhəsiz, Azərbaycan dövləti hər zaman qonşularla dost münasibətində olmağı prioritet kimi qəbul edir. Azərbaycan İslam həmrəyliyinin tərəfdarıdır və buna görə bizim müsəlman ölkələrindən gözləntimiz bu olub ki, haqq işimizə dəstək olsunlar. Çünki bu bizim dinimizin tələbidir”. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO