Orxan Əsgərovun nəşi II Fəxri Xiyabana APARILIR - FOTO/VİDEO

Orxan Əsgərovun nəşi II Fəxri Xiyabana APARILIR - FOTO/VİDEO

Hazırda oxunan: Orxan Əsgərovun nəşi II Fəxri Xiyabana APARILIR - FOTO/VİDEO

117362

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi son mənzilə yola salınmaq üçün Bakıda yaşadığı evindən çıxarılır.

Bizim.Media xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları və doğmaları, eləcə də rəsmi şəxslər iştirak edirlər.

Orxan Əsgərov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.
 
















Alçina Amilqızı, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO