Laçın yolundan BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz keçib

Laçın yolundan BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz keçib

Hazırda oxunan: Laçın yolundan BQXK-nın avtomobilləri növbəti dəfə maneəsiz keçib

117336

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Bizim.Media xəbər verir ki, bir qədər əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 50 gündür davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO