Qərbdən Putinə SON TƏKLİF – Müharibəni dayandırmaq üçün Rusiyanın xeyrinə ŞƏRTLƏR irəli sürüldü

Qərbdən Putinə SON TƏKLİF – Müharibəni dayandırmaq üçün Rusiyanın xeyrinə ŞƏRTLƏR irəli sürüldü

Hazırda oxunan: Qərbdən Putinə SON TƏKLİF – Müharibəni dayandırmaq üçün Rusiyanın xeyrinə ŞƏRTLƏR irəli sürüldü

117157

Qərbdən Rusiya Prezidenti Vladimir Putinə gözlənilməz təklif gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici teleqram kanalları məlumat yayıb. 

Məlumatda deyilir ki, əgər Rusiya Ukraynaya silah yardımlarının dayandırılmasını və bəzi sanksiyaların aradan qaldırılmasını istəyirsə, Putin rus qoşunlarını 2022-ci il fevralın 23-dəki sərhədlərə geri çəkməlidir.

Bundan əlavə, Krımın 7 il müddətində etapla yenidən Ukraynaya verilməsi, 23 fevral 2022-ci il tarixinə qədər Rusiyanın nəzarətində olan LXR və DXR-in 7 ildən 10 ilədək Rusiya tərəfindən idarəolunması təklif edilir. 10 ildən sonra isə bu ərazilərin statusu Ukrayna ilə danışıqlar yolu həll olunsun. 

Sərhədlərin demilitarizasiyasına 1 il vaxt

Bundan əlavə paketdə Rusiya və Belarus Respublikasından Ukrayna ilə sərhədin demilitarizasiya zonası, hərbi cinayətkarların Ukraynaya təhvil verilməsi və təzminat ödənilməsi də təkliflərdə qeyd olunub. Həmçinin qoşunların 23 fevral 2022-ci il tarixindəki sərhədlərə geri çəkməsi üçün Rusiyaya vaxt verilir. 

Xarici ekspertlər bu təklifləri faktiki olaraq Rusiya prezidentinin qələbəsi kimi dəyərləndirirlər.

Təkliflər paketində maraqlı məqamlardan biri də Putinə öz varisini siyasi hakimiyyətə gətirmək hüququ da tanınır. Beləki, Rusiya lideri “varis planı”nı 2024-cü ilin martından gec olmayaraq reallaşdırmalıdır. Bu da o deməkdir ki, gələn ilin yazına kimi Rusiyada növbədənkənar prezident seçkiləri keçirilə və Putin rahatçılıqla öz xələfini hakimiyyətə gətirə bilər. 

Eyni zamanda, təkliflər paketində Ukraynanın 2024-cü ilin yayında NATO-ya daxil olmasına da zəmanət verilir. Bu məsələdə 7 qarant ölkə vasitəçi kimi çıxış etməyə hazırdır. Ölkələrin adı açıqlanmasa da bu ölkələrin Avropanın aparıcı dövlətləri olması şübhə doğurmur.

Ukrayna prosesdən kənarda tutulur

Bu məsələdə diqqət çəkən digər məqam təkliflərin hələlik rəsmi Kiyevə təqdim edilməməsidir. Vasitəçilər hələlik Putindən cavab gözləyirlər. Rusiya prezidentinə bildirilib ki, təkliflərdən imtina ediləcəyi təqdirdə, 1991-ci ilin dekabrında Ukraynanın ərazisi kimi tanınan bütün ərazilərdə rus qoşunlarını məğlub etmək üçün Ukrayna lazım olan bütün lazımi hərbi, iqtisadi və siyasi dəstək veriləcək.

Rusiya prezidenti isə fikirləşmək üçün vaxt götürüb – xarici telqram kanalları belə yazır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO