Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

Hazırda oxunan: Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

117115

Azərbaycana səfərə gələn Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub. 

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb. 

Fəxri qarovul dəstəsinin rəisi Misir Prezidentinə raport verib. 

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamlayıb. 

Prezident İlham Əliyev və Prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 

Misir və Azərbaycan Dövlət himnləri səsləndirilib. 

Azərbaycan nümayəndə heyəti Misir Prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib. 
 
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Bizim.Media
 














© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO