Təmirə bağlanan Bakının mərkəzindəki yol istifadəyə VERİLDİ - FOTO

Təmirə bağlanan Bakının mərkəzindəki yol istifadəyə VERİLDİ - FOTO

Hazırda oxunan: Təmirə bağlanan Bakının mərkəzindəki yol istifadəyə VERİLDİ - FOTO

117027

Bakının Füzuli küçəsindəki magistral yolda təmir işləri bitib.

Söhbət Bizim.Media-nın bir neçə gün əvvəl ictimailəşdirdiyi. Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində aparılan təmir-bərpa işlərindən gedir.

Dünəndən başlayaraq həmin küçələrdəki yol istifadəyə verilib və  nəqliyyatın hərəkəti bərpa edilib.

Təmirlə əlaqədar istiqamətini müvəqqəti olaraq dəyişən 2, 85, 88 A, 79, 14 saylı marşrut xətləri isə əvvəlki hərəkət trayektoriyalarına davam ediblər. 

Xatırladaq ki, Bizim.Media-da ictimailəşən problemdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən yolun təmirinə başlayıb. Aidiyyəti qurumun əməkdaşları və texnikaları bir neçə gün əvvəldən başlayaraq əraziyə cəlb edilib.

Magistral yoldakı qopmuş daş döşəmələr sökülərək, yenidən asfaltlanıb.

Yenilənmiş yoldan görüntüləri təqdim edirik:
















Alçina Amilqızı, Əfqan Pənahoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO