Prezidentin köməkçisi Corc Diklə görüşdü - Səfirliyimizə hücumla bağlı VACİB MÜZAKİRƏ  

Prezidentin köməkçisi Corc Diklə görüşdü - Səfirliyimizə hücumla bağlı VACİB MÜZAKİRƏ  

Hazırda oxunan: Prezidentin köməkçisi Corc Diklə görüşdü - Səfirliyimizə hücumla bağlı VACİB MÜZAKİRƏ  

117006

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə israilli diplomat tviterdə yazıb.

O, görüşdə vacib müzakirələr aparıldığını qeyd edib:

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”.

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.  

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO