ABŞ administrasiyasının Kubada yerləşən Quantanamo bazasındakı xüsusi həbsxananı bağlamaqla bağlı öhdəliyi təsdiqləyib, ancaq məsələnin müxtəlif qurumlar tərəfindən də müzakirəsi davam etdirilir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
MÖVZU İLƏ BAĞLI:
Fevralın 26-sı ABŞ-ın bu ştatında Azərbaycan Günü elan edildi
O bildirib ki, Quantanamo həbsxanasını bağlamaq əsas məqsədlərdəndir.
“Biz hələ də məsələnin öyrənilməsi prosesindəyik, qurumlararası qarşılıqlı əlaqə çərçivəsində bunun necə işlənməli olduğunu araşdırırıq.”, - deyə Psaki vurğulayıb.
Xatırladaq ki, 2017-ci ilin yanvarında ABŞ-ın 45-ci prezidenti Donald Tramp öz sələfi Barak Obama tərəfindən imzalanmış və həbsxananın bağlanılmasını nəzərdə tutan fərmanı ləğv etmişdi.
Bizim.Media