AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

Hazırda oxunan: AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

116965

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilun mart ayından Rusiyanın Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bizim.Media AZAL-a istinadən xəbər verir ki, martın 16-dan həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirskə, martın 19-dan isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburqa aviareyslər həyata keçiriləcək.

AZAL-in aşağıbüdcəli törəməsi - “Buta Airways” isə martın 18-dən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Samaraya uçuşlar reallaşdıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO