Ölkəmiz Misirdə 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO 

Ölkəmiz Misirdə 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO 

Hazırda oxunan: Ölkəmiz Misirdə 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO 

116885

Azərbaycan Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Misirdəki Səfirliyindən bildirilib. 

Qeyd edilib ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli çıxış edərək sərginin işinə və iştirakçılara uğurlar arzulayıb. 

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir.  

Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO