Anar Cahangirli Kanada parlamentində erməni yalanlarını ifşa etdi – VİDEO 

Anar Cahangirli Kanada parlamentində erməni yalanlarını ifşa etdi – VİDEO 

Hazırda oxunan: Anar Cahangirli Kanada parlamentində erməni yalanlarını ifşa etdi – VİDEO 

116841

Kanada Parlamentinin Xarici Əlaqələr və Beynəlxalq Ticarət məsələləri üzrə Daimi Komitəsi Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik, habelə Laçın yolunda azərbaycanlı ekoloji aktivistlərin aksiyası ilə əlaqədar xüsusi dinləmələr keçirib. 

Bizim.Media xəbər verir ki, dinləmələrdə 5 erməni nümayəndə ilə yanaşı, Kanada Azərbaycanlıları Şəbəkəsinin İdarə Heyətinin sədri Anar Cahangirli regional prosesləri bütün gerçəkliyi ilə kanadalı parlamentarilərə çatdırıb. 

“Hazırki çıxışım Cənubi Qafqazda çətin durumun olduğu dövrə təsadüf edir. Belə ki, Rusiya regionda yeni münaqişə ocağı yaratmağa çalışmaqla, bölgədəki həssas stabilliyi pozmağa çalışır”, - deyə A.Cahangirli qeyd edib. 
Soydaşımız çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən söz açıb: 

“SSRİ-nin dağılmasına bir neçə il qalmış Ermənistanda Azərbaycana qarşı irredentist və separatist çağırışlar önə çıxmağa başladı. SSRİ-nin dağılmasından sonra münaqişə real müharibəyə çevrildi. Həmin vaxtda Qarabağın qəlbində yerləşən Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi. Bir gecədə erməni silahlıları tərəfindən 613 dinc sakin qətlə yetirildi. 

1994-cü ildə müharibə dayandı və Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında qaldı. Qarabağda və ətraf ərazilərdə yaşamış 700.000-dən artıq azərbaycanlı məcburi köçkün durumuna düşüb, Azərbaycanın digər ərazilərinə köçməyə məcbur oldu. Eyni zamanda, Ermənistanda yaşamış 200.000-dən artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldı. 

Sonrakı 26 il ərzində danışıqlar prosesi davam etsə də, Ermənistan Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı heç bir addım atmadı. 

İkinci dəfə, 2020-ci ilin sentyabrında müharibə başladı və Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsini azad etdi. Tarixi Azərbaycan şəhəri olan Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan atəşkəs bəyanatını imzalamağa məcbur oldu”. 

Anar Canahgirli hazırda regionda gərgin vəziyyətin yarandığını və Ermənistan tərəfinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozduğunu bildirib: 

“Bununla yanaşı, Rusiyanın birbaşa təsiri altında olan Ruben Vardanyan Qarabağa gələrək vəziyyəti daha da gərginləşdirib. Hal-hazırda isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən qızıl və mis yataqlarının qeyri qanuni işlənməsinə qarşı ekoloji aktivistlərin Ermənistanı Xankəndi ilə birləşdirən Laçın yolundakı aksiyası davam edir. Onların irəli sürdüyü tələblər tam olaraq legitimdir. Aksiyaçılar heç bir humanitar kommunikasiyanı əngəlləmirlər. 

Azərbaycanlı aktivisitlər bu yol vasitəsilə qeyri-qanuni yüklərin, eləcə də Azərbaycan sərvətlərinin və silahların daşınmasına nəzarət edirlər. Bu humanitar blokada demək deyil və aksiyanın davam etdiyi dövr ərzində həmin yol vasitəsilə humanitar yüklər daşınıb”. 
Anar Cahangirli əlavə edib ki, kanadalı azərbaycanlılar Kanadanın bölgədəki siyasətininin daha balanslı olmasının arzu edirlər və bu istiqamətdə işlərini davam etdirəcəklər. 
 


Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO