Rəsmi Bakıdan İrəvana: “Milli maraqlarımızın müdafiəsində lazımi tədbirlər görüləcək”

Rəsmi Bakıdan İrəvana: “Milli maraqlarımızın müdafiəsində lazımi tədbirlər görüləcək”

Hazırda oxunan: Rəsmi Bakıdan İrəvana: “Milli maraqlarımızın müdafiəsində lazımi tədbirlər görüləcək”

116682

"Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur". 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışına dair şərhində bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan XİN Mirzoyana CAVAB VERDİ 


Qeyd edilib ki, erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir: 

"Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO