“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qapıçı qurtarışları faizinə görə Avropanın TOP-5 liqalarında liderlik edir.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, alman qapıçı bu mövsümdə İspaniya La Liqasında zərbələrin 84,6 faizində komandasını xilas edib.
Fransanın “Reyms” klubunun qapıçı Yevann Diuf bu göstəricidə (83,9%) 2-cidir. Nik Poup (“Nyukasl”, İngiltərə – 82,3%) 3-cü, Jeronimo Ruli (“Vilyarreal”, İspaniya – 82,1%) və Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə – 82%) növbəti pillələrdə qərarlaşıb. Siyahıya bu mövsüm ən azı 25 qurtarış edən qapıçılar salınıb.
Qeyd edək ki, “Barselona” La Liqada keçirdiyi 17 oyundan 13-də qol buraxmayıb və qapısında cəmi 6 top görüb. Bu, Avropanın aparıcı çempionatlarında ən yaxşı göstəricidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:48 / 24.01.2023
“Barselona”nın qapıçısı Avropada BİRİNCİDİR
Hazırda oxunan: “Barselona”nın qapıçısı Avropada BİRİNCİDİR
Hazırda oxunan: “Barselona”nın qapıçısı Avropada BİRİNCİDİR
116466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.