“Kinematoqrafiya haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı hələ də iş gedir.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, qanun layihəsi ilə bağlı spiker Sahibə Qafarovaya məruzə edilib:
“Yeni layihə ilə bağlı dinləmə keçiriləcək və bununla bağlı işçi qrupu da yaradılacaq. Gələn təkliflər ümumiləşdirilərək bu sessiya müddətində tam çatmasa da, parlamentin növbəti payız sessiyasına salına bilər. Çünki bu sahədə həllini gözləyən çoxlu məsələlər var. Qanun layihəsi gələcəyin çağırışlarına cavab verən səviyyədə olmalıdır”.
Bizim.Media
![Kinematoqrafiya ilə bağlı yeni qanun HAZIRLANIR Kinematoqrafiya ilə bağlı yeni qanun HAZIRLANIR](https://bizim.media/file/articles/2023/01/24/1674561789_as.jpg)
- A-
- A
- A+
Mədəniyyət
16:02 / 24.01.2023
Kinematoqrafiya ilə bağlı yeni qanun HAZIRLANIR
Hazırda oxunan: Kinematoqrafiya ilə bağlı yeni qanun HAZIRLANIR
Hazırda oxunan: Kinematoqrafiya ilə bağlı yeni qanun HAZIRLANIR
116422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.