Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 2023-cü il üzrə sədrliyi çərçivəsində Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyi irəli sürüləcək.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı bildirib.
Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:41 / 24.01.2023
Şuşanın İƏT Turizm Paytaxtına namizədliyi İRƏLİ SÜRÜLƏCƏK
Hazırda oxunan: Şuşanın İƏT Turizm Paytaxtına namizədliyi İRƏLİ SÜRÜLƏCƏK
Hazırda oxunan: Şuşanın İƏT Turizm Paytaxtına namizədliyi İRƏLİ SÜRÜLƏCƏK
116376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.