Bakının bu küçələrində hərəkət MƏHDUDLAŞDIRILDI – FOTO 

Bakının bu küçələrində hərəkət MƏHDUDLAŞDIRILDI – FOTO 

Hazırda oxunan: Bakının bu küçələrində hərəkət MƏHDUDLAŞDIRILDI – FOTO 

116327

Xəbər verdiyimiz kimi Bizim.Media-nın ictimailəşdirdiyi Bakının mərkəzindəki Füzuli küçəsi təmirə bağlanıb. Hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində təmir işləri aparılır.

Bu səbəbdən ötən gecədən başlayaraq həmin küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Sözügedən yoldan istifadə 2, 85, 88 A, 79, 14 saylı marşrut xətlərinində hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Füzuli küçəsindəki dağılmış yol- Bizim.Media yazdıqdan sonra TƏMİRƏ BAĞLANDI, AMMA... - FOTO 


Qeyd edək ki, Bizim.Media-da ictimailəşən problemdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən yolun təmirinə başlayıb. Aidiyyəti qurumun əməkdaşları və texnikaları bir neçə gün əvvəldən başlayaraq əraziyə cəlb edilib. Artıq magistral yoldakı qopmuş döşəmələr sökülüb və yola qum tökülüb.

Qopmuş döşəmələrin yerinə asfalt çəkiləcək.

Alçina Amilqızı, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO