Bu futbolçu \

Bu futbolçu \"Yuventus\"dan ayrılmaq fikrində deyil

Hazırda oxunan: Bu futbolçu \"Yuventus\"dan ayrılmaq fikrində deyil

116297

"Yuventus"un yarımmüdafiəçisi Anxel Di Mariya komandadan ayrılmaq fikrində olmadığını bildirib. 

Bizim.Media "Football İtalia"ya istinadən xəbər verir ki, argentinalı oyunçu deyib:  

“Əlbəttə, indi bizə qoşulmaq üçün münasib vaxt deyil, çünki klub problem içindədir. Buna baxmayaraq, "Yuventus" əla olaraq qalır. Əsas odur ki, güclü qalmaq və ən yaxşı oyununu nümayiş etdirməyə davam etməkdir. Mən həmişə ailəmi nəzərə alaraq qərarlar verirəm və ailəm Turində xoşbəxtdir. "Yuventus" İtaliyanın ən böyük klubudur, Avropanın əsas klublarından biridir. Biz hər şeydən razıyıq". 

Qeyd edək ki, Di Mariyanın klubu ilə müqaviləsi iyunun sonuna qədər qüvvədədir. O, bu mövsüm 14 matçda 3 qol vurub, 5 qolun ötürməsini verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO