Xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmə necə olacaq?

Xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmə necə olacaq?

Hazırda oxunan: Xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmə necə olacaq?

11618

“19 yanvar tarixli fərmanla prezidentin xüsusi nümayəndələri təsis olundu, qısa zamanda bunun əsasnaməsi təsdiq edildi”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker  Əli Hüseynli deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

''Əmək haqlarının qalxması ərzağın qiymətinin artımından xeyli aşağıdır'' - Fazil Mustafa


O bildirib ki, xüsusi nümayəndəliyin əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarıdır:

“Bu status onların dövlət qulluqçusu olması statusu ilə eynilik təşkil edir. Buna görə də “Dövlət qulluğu haqqında” qanuna da bu dəyişiklik təklif edilir. Bu institut hələ ki, sadəcə işğaldan azad edilmiş yerlərdə yaradılır. Bu, özünü doğruldarsa, ola bilsin ki, gələcəkdə Azərbaycanın digər ərazilərində də xüsusi nümayəndəlik institutu işləyə bilər”. 

Deputat Sabir Rüstəmxanlı isə xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmənin necə olacağı ilə maraqlanıb.

Əli Hüseynli S. Rüstəmxanlının sualına cavabında bildirib ki, bu institut sadəcə işğaldan azad edilmiş ərazilərdə yaradılır:

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir.

“Xüsusi nümayəndələr haqqında Əsasnamə” ilə “Yerli icra orqanları haqqında Əsasnamə” ciddi şəkildə araşdırılıb.

Yeni yaradılan idarəetmə üsulu özünü doğrultsa və effektiv olsa, digər ərazilərdə də tətbiq olunacaq. Amma hələlik hər hansı vəzifənin üst-üstə düşməsi mümkün deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO