Baş Prokurorluqdan Vüqar Səfərli ilə bağlı yeni açıqlama 

Baş Prokurorluqdan Vüqar Səfərli ilə bağlı yeni açıqlama 

Hazırda oxunan: Baş Prokurorluqdan Vüqar Səfərli ilə bağlı yeni açıqlama 

11603

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) baş verən qanun pozuntuları ilə əlaqədar başlanan cinayət işinin istintaqı davam edir.

Bizim.Media-nın məlumatına görə bu barədə Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsində keçirilən sual-cavab sessiyasında xəbər verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli ev dustaqlığına buraxılmadı


Məlumata görə, hazırda həmin cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində davam etdirilir:

"İş üzrə Baş Prokurorluq tərəfindən dəfələrlə rəsmi məlumat verilib, nəticəsi barədə də ətraflı məlumat veriləcək".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO