Brilliant:

Brilliant: "Oğlum ailə qurduqdan sonra ayrı yaşamaq istəyir" - VİDEO 

Hazırda oxunan: Brilliant: "Oğlum ailə qurduqdan sonra ayrı yaşamaq istəyir" - VİDEO 

115996

"Cahadın 32 yaşı var. Oğlumuzun başına pərvanə kimi fırlanmışıq, yəqin ki, belə bir qız lazımdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, oğlu ailə qurduqda sonra ayrı yaşamaq istəyir: "İndi qızlar da, oğlanlar da kaprizlidir. Oğlum evləndikdən sonra birlikdə yaşamaq istəyərdim, amma gənclər ayrı yaşasa, yaxşıdır… Oğlum gec evlənsin, yetər ki, ayrılıq olmasın, Allah göstərməsin. Düzgün, sədaqətli olmaq lazımdır".

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO