Kriştiano Ronaldo futbol klubunu məhkəməyə verib - QALMAQAL

Kriştiano Ronaldo futbol klubunu məhkəməyə verib - QALMAQAL

Hazırda oxunan: Kriştiano Ronaldo futbol klubunu məhkəməyə verib - QALMAQAL

115912

Dünya futbolunun ulduz hücümçusu Kriştiano Ronaldo Turin “Yuventus” unu məhkəməyə verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, klubun ona 19,5 milyon avro borcu olduğu üzə çıxıb. 

Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib. Koronavirus pandemiyası zamanı klub bəzi futbolçuların maaşlarını azaldıb, lakin bir müddət sonra onlara qeyri-rəsmi ödənişlərə zəmanət verib. Bu məbləğlər maliyyə hesabatlarından yan keçib. Ötən ilin sonunda İtaliya hakimiyyəti üç il ərzində təxminən 200 milyon avro itki gizlətdiyi üçün “Yuventus”u məhkəməyə vermişdi. 

Ronaldonun illərlə maliyyə fırıldaqçılığından xəbəri olub-olmadığı bilinmir. Bununla belə, Kalsio Finanzanın sözlərinə görə, istintaqda “futbolçunun qonorarının ödənilməsini təxirə salmağı xahiş etdiyi məktubun təfərrüatları var”  
Həmçinin məlumatda məktubun imzalanmadığı bildirilib. Ona görə də futbolçunun arzuladığı pulu alacağına inanmaq çətindir.  
 
Qeyd edək ki, Kriştiano Ronaldo “Əl-Nasr” klubunda illik 200 milyon avro maaş alacaq. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO