Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

Hazırda oxunan: Azərbaycanda təhsil alan əcnəbi tələbələrin SAYI

115809

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 96 xarici ölkədən 7,1 min tələbə də təhsil alır.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Pakistan İslam Respublikası, Gürcüstan, Hindistan, İraq, Suriya Ərəb Respublıkası və Nigeriya vətəndaşları üstünlük təşkil edirlər.

2022/2023-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1004 nəfər təşkil edib.

Xaricdə təhsil alan gənclərin 35,0 faizi Bakı, 65,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Macarıstan, Rusiya və Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsil alır.
2022/2023-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsili müəssisəsində 64,6 min tələbə təhsil alıb. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 222,8 min nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO