Azərbaycanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla YAD EDİLDİ - VİDEO

Azərbaycanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla YAD EDİLDİ - VİDEO

Hazırda oxunan: Azərbaycanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla YAD EDİLDİ - VİDEO

115750

Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər fit verib.

Bakı metrosunda da həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib. 

Bu anda isə Bizim.Media-nın əməkdaşı izdiham yaşanan Şəhidlər Xiyabanında olub. Burada da insanlar ayaq saxlayaraq, şəhidlərin ruhunu anıblar.

20 Yanvar - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib. 
Qeyd edək ki, bu gün 20 Yanvar faciəsinin törədilməsindən 33 il keçir.

 

















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO