Repçinin Dubaydakı istirahəti burnundan gəldi: Meduza hücüm çəkdi - FOTO

Repçinin Dubaydakı istirahəti burnundan gəldi: Meduza hücüm çəkdi - FOTO

Hazırda oxunan: Repçinin Dubaydakı istirahəti burnundan gəldi: Meduza hücüm çəkdi - FOTO

115644

Djiqan ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan repçi Denis Aleksandroviç Ustimenko-Veynşteyn Dubayda xəstəxanalıq olub.

Bizim.Media xəbər verir ki, sənətçi dənizdə çimdiyi zamanı nəhəng meduza onun üzməsinə mane olub.

Nəticədə dəniz heyvanı Djiqana hücum edib və onu zədələyib. Musiqiçi təcili olaraq xəstəxanaya çatdırılıb.

İlkin tibbi yardımdan sonra repçi sosial şəbəkə hesabında başına gələn bədbəxt hadisəni belə şərh edib:

“Dənizdə üzmək qərarına gəldim, iki metr uzunluğunda nəhəng bənövşə rəngində meduza gördüm. Düşündüm ki, yaxınlıqda yavaş-yavaş üzəcəm. Lakin o mənə tərəf gəlməyə başladı. Meduza siçovul kimi uzun əlləri ilə arxamdan vurdu. Belim çox ağrıdı. Əyilə bilmirdim. Məcbur qalıb xəstəxanaya getdim”.

Rəşad Əliyev, Bizim.Media



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO