Prezident:

Prezident: "Azərbaycan qazı Avropa üçün etibarlı mənbədir"

Hazırda oxunan: Prezident: "Azərbaycan qazı Avropa üçün etibarlı mənbədir"

11564

Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir"


"Bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirməsindən ibarətdir. Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir.

Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər.

Azəri-Çıraq-Günəşli yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO