Qəbələdə 20 Yanvar hadisələri ilə bağlı dəyirmi masa keçirilib

Qəbələdə 20 Yanvar hadisələri ilə bağlı dəyirmi masa keçirilib

Hazırda oxunan: Qəbələdə 20 Yanvar hadisələri ilə bağlı dəyirmi masa keçirilib

115443

Qəbələ rayon gənclər və idman idarəsinin təşkilatçılığı və Rayon təhsil sektorunun iştirakı ilə 20 yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar  “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon gənclər və idman idarəsindən məlumat verilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Dəyirmi masada qeyd olunub ki, qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. 20  yanvardan 33 il keçsə də, xalqımız o faciənin ağırlığını unutmur, eyni hüznlə, ehtiramla hər il şəhidlərin xatirəsini yad edir. 

Dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb ki, sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xalqın sönən ümidlərinə təsəlli olub. 
Dəyirmi masada Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti danışılıb. Qeyd olunub ki, ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etməklə öz qəti sözünü deyir. Daha sonra ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” tarixi Qərar qəbul edilir. O dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də Heydər Əliyev bilavasitə məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

Sonrakı mərhələdə isə Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. 

Dəyirmi masa iştirakçıları baş verən hadisələri analiz edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin faciədən bəhs edən filmi izləyib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO