Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 18.01.2023
Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü
Hazırda oxunan: Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü
Hazırda oxunan: Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü
115378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.