İraqda PKK-ya qarşı böyük əməliyyat: 3 türk hərbçisi öldü

İraqda PKK-ya qarşı böyük əməliyyat: 3 türk hərbçisi öldü

Hazırda oxunan: İraqda PKK-ya qarşı böyük əməliyyat: 3 türk hərbçisi öldü

11531

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsində “Qartal Pəncəsi-2” adlı antiterror əməliyyatı keçirir.

Bizim.Media xəbər verir ki, 10 fevral 2021-ci il tarixində başladılan əməliyyatlar nəticəsində terrorçularla toqquşmada 3 türk hərbçisi həyatını itirib, digər üçü isə yaralanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi şəhid olan hərbçilərlə bağlı məlumat yayıb və hərbçilərin ailələrinə başsağlığı verib.

“Qartal Pəncəsi-2” əməliyyatı zamanı eyni zamanda 2 PKK/YPG terrorçusu da zərərsizləşdirilib. Bölgədə sülhün təmin olunması istiqamətində əməliyyatlar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO