Səhhəti ağırlaşan Toppuş bacı:

Səhhəti ağırlaşan Toppuş bacı: "Xəstəxanadayam, yeni törəmələr yaranıb" - ÖZƏL

Hazırda oxunan: Səhhəti ağırlaşan Toppuş bacı: "Xəstəxanadayam, yeni törəmələr yaranıb" - ÖZƏL

115286

"Toppuş" bacı ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın yenidən vəziyyəti ağırlaşıb.  

Bu haqda sənətçinin özü Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Səsi batan və ayaqları tutulan Tünzalə qəfil səhhəti pisləşdiyi üçün yenidən Milli Onkologiya Mərkəzinə yerləşdirildiyini açıqlayıb:  

"Başımda yenidən törəmələr əmələ gəlib. Hazırda nə danışa, nə yeriyə bilirəm. Yeni şüa qəbul etdiyim üçün müəyyən zaman keçməlidir ki, növbəti şüa prosedurunu qəbul edə bilim. Bədənim şüanı alması üçün hələ hazır deyil. Buna görə, həkimlərin cavabını gözləyirəm".  

Əməkdar artist həmçinin maddi vəziyyətinin də pis olduğunu söyləyib:

"Heç kim yardım etmir. Maddi vəziyyətim çox aşağıdır. İşləmədiyim üçün ikiqat ağırdır".  

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.  
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.   

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO