Türkanın prodüseri:

Türkanın prodüseri: "Xəstəliyə görə toy dəvətlərini rədd etdi" - ÖZƏL 

Hazırda oxunan: Türkanın prodüseri: "Xəstəliyə görə toy dəvətlərini rədd etdi" - ÖZƏL 

115279

Müğənni Türkan Vəlizadənin səhhəti pisləşib.  

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında virusa yoluxduğu ilə bağlı post paylaşıb.  

“Çox pis, ağır xəstələnmişəm. Günlərdir davam edən xəstəlik sağalmaq bilmir. Artıq ağrılara taqətim qalmayıb. Özünüzü mütləq qoruyun. Sizdən istəyim mənim üçün dua edin ki, tez sağalıb ayağa qalxım. Həyatda hər şey boşdur, əsas canımız sağlam olsun. Dualarınıza ehtiyacım var. Çox çətinliklər, ağrılı, acılı günlər gördüm. İnşallah, sizin dualarınızla bu günləri də geridə qoyacağam”, - deyə, T. Vəlizadə bildirib.  

Bizim.Media-nın əməkdaşı sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı onun prodüseri Mikayıl Hüseynovla əlaqə saxlayıb.  

O, Türkanın vəziyyətinin ağır olduğunu dilə gətirib:

"Türkan ağır qızılca xəstəliyinə yoluxub. Hərarəti yüksəkdir. Hazırda vəziyyəti çox ağırdır. Evdən çıxmır, müalicə alır. Hətta öncədən qəbul etdiyi toy dəvətlərini də rədd edib".  


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO