"Karabakh Telecom" kimin ŞİRKƏTİDİR? - ARAŞDIRMA

Hazırda oxunan: "Karabakh Telecom" kimin ŞİRKƏTİDİR? - ARAŞDIRMA

115251

Azərbaycan özünün informasiya məkanına sahib çıxmalıdır. Çox təəssüf ki, ölkəmizdə hələ də Azərbaycan qanunları və müvafiq lisenziyası olmayan İKT şirkətləri fəaliyyət göstərir. Onlardan biri də Xankəndindəki "Karabakh Telecom"dur.

2002-ci ildə Liviya ermənilərin investisiyası ilə yaradılan bu şirkət Qarabağdakı ermənilərə mobil telefon və internet xidməti göstərir. Şirkətin ilkin qurucusu Pyera Fatuş olub.

Onun təşəbbüsü və Liviya ermənilərin dəstəyi ilə son 20 ildə bu şirkət üçün Qarabağa 20 milyon dollarlıq investisiya yatırılıb. "Karabakh Telecom" dünyanın aparıcı telekommunikasiya təşkilatları ilə iş birliyini bu gün də sürdürür.
Qəribə burasıdır ki, həmin şirkətlər arasında müsəlman dövlətlərinin şirkətləri də var. Məsələn, Misirin "Mobinil" və "Vodafone Egypt" şirkətləri bu sıradadır. Vaxtilə Azərbaycan hökümətinin müdaxiləsindən sonra bu şirkətlərdən biri "Karabakh Telecom" ilə əməkdaşlığa son vermişdi.

Müharibədən öncə "Karabakh Telecom" ancaq 2G - 3G texnologiya üzərində "oturmuşdu". İndi isə 4G xidməti təklif etməyə başlayıb.

Apardığımız araşdırmalar nəticəsində o da məlum oldu ki, 2019-cu ildə Arayik Arutyunyan "Karabakh Telecom"u öz biznesinə qatıb və Fatuşu Qarabağdan yola salıb. Lakin 44 günlük müharibədən sonra Arayikin biznesi çox böyük ölçüdə ziyan gördü.

Ona görə də o bu şirkəti ötən il ruslara satmaq məcburiyyətində qaldı.

Suveren ölkəmizdə hansısa əcnəbi şirkətinin qanunsuz fəaliyyəti bütün hallarda qəbuledilməzdir. Elə isə qondarma qurumun yeganə mobil operatoru "Karabakh Telecom"la bağlı hansı addımları atıla bilər?

Məsələ ilə bağlı Azərbaycan İternet Forumunun prezidenti Osman Gündüzlə əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, ilkin olaraq araşdırmalıyıq ki, ciddi investisiya, avadanlıq və proqram həlləri, infrastruktur tələb edən, xarici şirkətlərin birbaşa iştirakını tələb edən bu prosesləri kim maliyyələşdirir, hansı beynəlxalq şirkətlər bu işləri görür:

“Bütün hallarda 20 il qanunsuz fəaliyyət göstərən bu şirkətə sakitcə, özünü daha da modernləşdirməklə fəaliyyətini davam etdirməsinə imkan vermək olmaz. Bu iş ən qısa zamanda sonlanmalıdır.
Əvəzində Qarabağda yaşayan və Azərbaycan qanunlarına tabe olmaq istəyən ermənilər üçün özümüz internet və rabitə imkanları yaratmalıyıq.  Ermənistandan gələn magistral optik xətlər kəsilməlidir. Və bütün baza stansiyalarının fəaliyyəti də radioelektron vasitələrlə söndürülməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO