"Qarabağ" italiyalı hücumçu alır?

Hazırda oxunan: "Qarabağ" italiyalı hücumçu alır?

115151

“Qarabağ” heyətini yeni hücumçu ilə gücləndirə bilər.

Bizim.Media xəbər verir ki, Ağdam klubu İtaliya C seriyasında çıxış edən “Audako Çerinyola” klubunun futbolçusu Cankarlo Malkore ilə maraqlanır. Bu barədə italyan jurnalist Nikolo Skira məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı forvardı "Qarabağ"la yanaşı, İtaliyanın SPAL, "Modena", Kiprin "Apollon" (Limassol) və Rumıniyanın ÇFR klubları da transfer etmək istəyir.

Qeyd edək ki, Cankarlo bu mövsüm C seriyasında 22 oyunda 9 qol vurub. Onun klubu ilə mövsümün sonuna qədər müqaviləsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO