“Azərbaycan ərazisində silahlı erməni olmamalıdır” - Rusiyalı ekspert

“Azərbaycan ərazisində silahlı erməni olmamalıdır” - Rusiyalı ekspert

Hazırda oxunan: “Azərbaycan ərazisində silahlı erməni olmamalıdır” - Rusiyalı ekspert

11513

“Erməni icmasının Dağlıq Qarabağda yaşaması üçün hər cür şərait var. İndi azərbaycanlıların oraya qayıtması üçün şərait yaratmaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

MÖVZU İLƏ BAĞLI:

"Müharibəni PUA-lar, yox Azərbaycan xalqı uddu" - Korotçenko 


Eyni zamanda ekspert vurğulayıb ki, Azərbaycan ərazisində silahlı erməni olmamalıdır.

O, müharibə dövründə Azərbaycanın dinc şəhərlərinin mülki əhalisini atəşə tutmaqda məsul olanların cəzalandırılması məsələsinə də toxunub və bunların hamısının Beynəlxalq Ədalət Məhkəməsində mühakiməsinin zəruri olduğunu bildirib.

 

“Xocalıda insanlıq əleyhinə cinayətlərdə iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Həmçinin Ermənistan ərazisindən dinc şəhərlərə raket zərbələri endirilirdi. Bu, Azərbaycan tərəfini cavab verməyə təhrik etmək, bununla da Rusiya ilə KTMT-ni münaqişəyə cəlb etmək üçün edilirdi".


"Raket zərbələri Ermənistan ərazisindən endirilirdi. Hesab edirəm ki, gecə mülki əhaliyə qarşı raket zərbəsi endirilməsi əmri verən məmurlar beynəlxalq məhkəmə çərçivəsində mühakimə olunmalıdır”, - İ.Korotçenko vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO