Messinin forması hərracda bu qiymətə satıldı

Messinin forması hərracda bu qiymətə satıldı

Hazırda oxunan: Messinin forması hərracda bu qiymətə satıldı

115119

PSJ-nin futbolçularının son matçlarda geyindiyi formaları hərraca çıxarılıb. 

Bizim.Media xəbər verir ki, ümumilikdə 17 forma satılıb. 

Belə ki, Lionel Messinin "Anje" ilə oyundakı formasını (2:0) çinli bir şəxs alıb. O, hərracın gedişində 22 min avrodan başlayaraq 7 mərc edib və 43 min 623 avro təklif edərək qalib olub. 

Argentinalının forması bu hərracda satılan ən bahalı forma olub. Neymarın köynəyi alıcısına 7894 avroya, Kilian Mbappenin "Lans" (1:3) və "Strasburq" (2:1) ilə matçlardakı forması isə müvafiq olaraq 14,083 avro və 15,017 avroya başa gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO