ATƏT sədrindən Rusiyaya XƏBƏRDARLIQ: “Diplomatik yola qayıdın”

ATƏT sədrindən Rusiyaya XƏBƏRDARLIQ: “Diplomatik yola qayıdın”

Hazırda oxunan: ATƏT sədrindən Rusiyaya XƏBƏRDARLIQ: “Diplomatik yola qayıdın”

115087

“Rusiya Ukraynaya qarşı müharibəni dərhal dayandırmalı və qoşunlarını ölkə ərazisindən çıxarmalıdır”. 

Bizim.Media “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu yanvar;n 16-da Ukraynaya səfər edən ATƏT sədri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

“Mən ATƏT sədri kimi buradayam və Rusiyanı bu müharibəni dayandırmağa, hərbi qüvvələrini Ukraynadan çıxarmağa, həmçinin ATƏT-in dəyər və prinsiplərinə sədaqət göstərərək diplomatik yola qayıtmağa çağırıram”, - deyə sədr qeyd edib. 
B.Osmani həmçinin Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünü, o cümlədən Dneprdə yaşayış binasına bu yaxınlarda raket hücumunu qınayıb: “Ukrayna ilə bağlı məsələ Şimali Makedoniyanın ATƏT-də sədrliyi dövründə əsas prioritet olaraq qalacaq. Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik və bu yoldan dönməyəcəyik. Baş verənləri qəbul etməyəcəyik. Əvəzində sülhü bərpa etmək, prinsip və öhdəliklərimizə hörmət etmək üçün ATƏT-in bütün vasitələrindən istifadə edəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO