FİFA-dan

FİFA-dan "Qalatasaray"a transfer qadağası

Hazırda oxunan: FİFA-dan "Qalatasaray"a transfer qadağası

114823

FİFA "Qalatasaray"ı cəzalandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Məlumata görə, FİFA Türkiyə klubuna müvəqqəti transfer qadağası qoyub. Dünyanın ali futbol qurumunun belə qərara gəlməsinə səbəb İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyranın transferi zamanı onun menecerinə ödəniş etməməsidir.

"Qalatasaray" artıq uruqvaylı futbolçunun menecerinə verməli olduğu 18 min 500 dolları ödəyib. Buna baxmayaraq, FİFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub.

Qeyd edilib ki, qadağa yanvarın 16-da aradan qalxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO