"Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq.
Bu barədə Bizim.Media AZAL-a istinadən məlumat verir.
Məlumata görə, aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək.
Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə uçuşlar isə çərşənbə axşamı və cümə günləri baş tutacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər:
//www.azal.az/az/information/covid-kazakhstan.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür:
//www.azal.az/az/information/covid-azerbaijan.
Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL-ın tərkibinə daxil olan "Buta Airways" şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:43 / 13.01.2023
AZAL Bakıdan Astanaya uçuşlara başlayır
Hazırda oxunan: AZAL Bakıdan Astanaya uçuşlara başlayır
Hazırda oxunan: AZAL Bakıdan Astanaya uçuşlara başlayır
114633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.