ATƏT sədrindən Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı AÇIQLAMA

ATƏT sədrindən Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: ATƏT sədrindən Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı AÇIQLAMA

114422

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə diqqət yetirəcək”.

Bizim.Media xəbər verir ki, bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Vyanada mətbuat konfransında deyib.

O bildirib ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefonla danışıb və regiondakı mövcud vəziyyəti müzakirə ediblər:

“Bəli, Ukraynadakı müharibə mövzusu bizim əsas təhlükəsizlik prioritetimizdir. Lakin ATƏT regionunda digər potensial böhranların ortaya çıxması da diqqət mərkəzimizdədir”.
Daha əvvəl B.Osmaninin Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığı barədə məlumat verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO