Məleykə virusa yoluxdu, tamaşası təxirə düşdü - FOTO

Məleykə virusa yoluxdu, tamaşası təxirə düşdü - FOTO

Hazırda oxunan: Məleykə virusa yoluxdu, tamaşası təxirə düşdü - FOTO

114338

Xalq artisti Məleykə Əsədovanın səhhəti pisləşib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Qrip virusuna yoluxduğunu açıqlayan aktrisa buna görə tamaşasının təxirə düşdüyünü bildirib.

“Mənim sənətimi sevən, teatrsevər tamaşaçılarıma bildirmək istəyirəm ki, səbirsizliklə gözlədiyiniz “Xurşudbanu Natəvan“ tamaşası yayılan qriplərin mənə də təsiri nəticəsində yanvarın 15-dən 26-na keçirilib. Mən deyən yox, Allah deyən olsa, varlığımla, sənətimlə, möhtəşəm Xurşudbanunun qəzəlləri ilə sizi sevindirəcəm”, - deyə M.Əsədova vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO