Sülhməramlılara aid 6 yük və bir minik avtomobili Laçın yolundan keçib - FOTO

Sülhməramlılara aid 6 yük və bir minik avtomobili Laçın yolundan keçib - FOTO

Hazırda oxunan: Sülhməramlılara aid 6 yük və bir minik avtomobili Laçın yolundan keçib - FOTO

114161

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 31-ci gündür ki, davam edir.

Bizim.Media xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 6 yük və bir minik maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO