Bakı-Quba yolundakı qəzadan XƏBƏR VAR - ÖZƏL - FOTO

Bakı-Quba yolundakı qəzadan XƏBƏR VAR - ÖZƏL - FOTO

Hazırda oxunan: Bakı-Quba yolundakı qəzadan XƏBƏR VAR - ÖZƏL - FOTO

114111

Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində sərnişin avtobusunun aşması nəticəsində Siyəzən Müalicə Dioqnostika Mərkəzinə 2 nəfər müraciət edib. 

Siyəzən Müalicə Dioqnostika Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ilk tibbi yardımdan sonra onlar evə buraxılıb. 

Ümumilikdə, sərnişin avtobusunda 24 sərnişinin olduğu deyilir.Xoşbəxtlikdən hadisənin ağır fəsadları baş verməyib. 

Qeyd edək ki, sərnişin avtobusu Qubadan Bakıya gedirmiş. Qəzaya yolun qarlı və buzlu olması səbəb göstərilir. 

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi araşdırır.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO