“Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi ilə bağlı qərar yoxdur” - MSK

“Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi ilə bağlı qərar yoxdur” - MSK

Hazırda oxunan: “Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi ilə bağlı qərar yoxdur” - MSK

11404

Yeni seçilən parlament artıq bir ildir ki, fəaliyyətdədir. Hazırda Milli Məclis 120 deputatla fəaliyyət göstərir. Parlamentdə isə beş millət vəkilinin kürsüsü boş qalıb. 

Məsələ iə bağlı Bizim.Media Mərkəzi Seçki Komissiyasına (MSK) sorğu ünvanlayıb.

MSK-nın mətbuat katibi Şahin Əsədli sorğumuza cavab olaraq bildirib ki, parlamentin boş qalan yerlərinə seçkilərin keçirilməsi ilə bağlı qərar yoxdur. 

 

MÖVZU İLƏ BAĞLI:

Yeni parlamentin 1 ili, kim nə ilə yadda qalıb? - SORĞU - VİDEO 


Onun sözlərinə görə Milli Məclisdə boş qalan yerlər üzrə təkrar seçkilərin nə zaman keçiriləcəyi ilə bağlı MSK-ya hələki məlumat daxil olmayıb.

Xatırladaq ki, ötən il 9 fevralda Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

125 dairə üzrə keçirilən seçkilərdən sonra 4 dairənin - 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçünc Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv olunub.

Parlament 121 deputatla öz işinə başladı. Ötən ilin 4 avqustunda isə 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı və  Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dünyasını dəyişib. Bununla da parlamentdə boş qalan yerlərin sayı 5-ə çatıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO