Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcək - SƏBƏB

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcək - SƏBƏB

Hazırda oxunan: Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcək - SƏBƏB

114010

“Bu il Avropa Oyunlarında ancaq qarışıq komanda yarışları olacaq. Biz isə çox güman ki, orada iştirak etməyəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu bunu report.az-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

Baş katib bildirib ki, buna səbəb qızlar arasında ağır çəkili idmançının olmamasıdır: “Sadəcə, Nigar Süleymanova var. İstedadlı qızdır. Yeniyetmələrin dünya çempionatında qarışıq komanda yarışında bir gün əvvəl çempion olmuş fransalı idmançını uddu. Potensialı var, amma onu Avropa Oyunlarına göndərə bilmərik, “yana” bilər. İrina Kindzerska olsaydı, başqa məsələ. Həm də elə vaxta salıblar ki, uşaqların əsas yarışlara hazırlıq dövrü ilə üst-üstə düşəcək. İyulda Avropa Oyunları, bir ay sonra isə Masters yarışı olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO