Mədinə Məlik: \

Mədinə Məlik: \"Necə olur, müğənnilər üç aya bahalı avtomobil alır?” - VİDEO

Hazırda oxunan: Mədinə Məlik: \"Necə olur, müğənnilər üç aya bahalı avtomobil alır?” - VİDEO

113929

“Daimi işlədiyim yer var. O restoranda isə hər gün böyük kütlə yığıram. Orada olan qızlar mənə sual verirlər ki, “necə olur ki, müğənnilər üç aya gedib bahalı avtomobil alırlar?”. Cavab verirəm ki, əzizim, aldanma onlara. Belə bir şey yoxdur, yalandır”.

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş “Kristal” qrupunun rəhbəri Mədinə Məlik qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Verilişin aparıcısı Elgiz Əkbərin Mədinəyə ünvanladığı “Yalnızsınız?” sualına müğənni “Xeyr, cütəm. Bir mən, bir də oğlum. Həyatımda heç kim yoxdur. Heç istəmirəm kimsə olsun. Oğlumun dekabrın 30-da 19 yaşı tamam oldu.
O vaxt onu “Santa Klaus” gətirib. Yəni oğlum yeni il ərəfəsində dünyaya gəlib. Bu sözlərimi yozanlar-yozsun. Övladım ali məktəbdə təhsil alır. Gözləyirəm ki, təhsilini bitirsin, işi olsun, bir qızla ailə qursun. Mən də nəvəmə baxım” - deyə cavab verib.

Aparıcının “Yanınızda güclü bəyin olmasını istəməzsiniz?” sualına müğənni “Güclü bəy... Güclü! İndi əfsuslar olsun ki, bəylərin çoxu güclü xanım axtarır. Əgər həyatımda problemləri özüm çözə bilirəmsə, neynirəm o bəyi” cavabını verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO