Məcburi köçkünlərin çoxdan gözlədiyi QƏRAR VERİLDİ

Məcburi köçkünlərin çoxdan gözlədiyi QƏRAR VERİLDİ

Hazırda oxunan: Məcburi köçkünlərin çoxdan gözlədiyi QƏRAR VERİLDİ

113831

“İmkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq. Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər. Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gəlib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir”.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev bu günlərdə Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirib.

Əslində, bu qərarı məcburi köçkünlər çoxdan gözləyirdi. Çünki, hazırda məcburi köçkünlər arasında kifayət qədər insan var ki, onların böyük arzusudur ki, dədə-baba ocaqlarında özlərinə istədikləri kimi ev-eşik tiksin, şərait yaratsın.

Dövlət bu layihəni dəstəkləməklə 2 vacib məsələ öz həllini tapa bilər.

Birincisi, dövlətin “Böyük qayıdış”da maliyyə yükü xeyli azalar.

İkincisi, “Böyük qayıdış” daha tez sonlana bilər.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənli bu ideyanı alqışladığını söylədi:

“Mən də tərəfdarıyam ki, dövlət az təminatlı ailələrə standart ev tiksin. Amma, imkanlı adamlara öz vəsaitləri hesabıına ev tikməsinə icazə verilməsi də təqdir ediləsi haldır. O qədər imkanlı məcburi köçkün var ki, o gedib dövlətin tikdiyi standart evdə yox, özünün şəxsi vəsaiti hesabına inşa etdiyi villada yaşamaq istəyir. Bu məsələdə ən çox dövlət maraqlı olmalıdır. Çünki, bu layihə dövlətin yükünü azaldır. Amma, bunun üçün dövlət yeni yaşayış yerlərini müəyyənləşdirməli, müəyyən infrastrukturlar yaratmalıdır ki, imkanlı adamlarda bu işə daha çox həvəs olsun”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO