Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayandı – FOTO

Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayandı – FOTO

Hazırda oxunan: Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayandı – FOTO

113807

Ötən iki gün ərzində yağan qar səbəbindən Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti çətinləşib, bir çox yerlərdə avtomobillərin hərəkəti tamamilə dayanıb.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İsmayıllı rayonundakı postunda çalışan YPX əməkdaşları yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə yolda nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb, sərnişin mikroavtobuslarının, yük avtomobillərin və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələrinin İsmayıllı-Muğanlı-Şamaxı yolu ilə Bakı istiqamətinə hərəkətinə icazə vermir, sürücülərə alternetiv olaraq İsmayıllı-Qaraməryəm-Ağsu-Göyçay-Kürdəmir-Bakı yolundan istifadə etməyi tövsiyyə edirlər.

Hazırda qar yağdığı üçün və şaxta olduğuna görə yolların təmizlənməsi işləri ləngiyir.

Qobustan, Şamaxı, Qəbələ və Ağsu ərazisindən keçən magistral yollar qarla örtülüb, nəqliyyatın hərəkəti çətinləşib. Ağsu aşırımında, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yolunda qar və buz səbəbindən nəqliyyatın hərəkəti dayanıb. Bu yollara 10-15 santimetr qar yağdığı bildirilir.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO