Qarlı hava Qusarda qəzaya səbəb oldu

Qarlı hava Qusarda qəzaya səbəb oldu

Hazırda oxunan: Qarlı hava Qusarda qəzaya səbəb oldu

113654

Qusar-Şahdağ yolunda xəsarətlə nəticələnən zəncirvari  yol qəzası qeydə alınıb.

Bizim.Media xəbər verir ki, “VAZ-2106” markalı avtomaşın əvvəlcə “VAZ-21011” markalı avtomaşına, sonra isə UAZ-a dəyib.

Nəticədə sürücülərdən biri, Qusar rayonunun Əniğ kənd sakini, 57 yaşlı Seyfəddin Suleddin oğlu Dövlətov xəsarət alaraq Qusar rayon xəstəxanasına çatdırılıb. 

Qəzanın səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO