İranda neft-qaz şirkətində silahlı İNSİDENT: Ölən və yaralananlar var

İranda neft-qaz şirkətində silahlı İNSİDENT: Ölən və yaralananlar var

Hazırda oxunan: İranda neft-qaz şirkətində silahlı İNSİDENT: Ölən və yaralananlar var

113519

Bu gün səhər saatlarında İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir Əhməd vilayətində Gəçsaran Neft-Qaz Hasilatı Şirkətində silahlı insident baş verib.

Bizim.Media "news.cgtn.com"a istinadən xəbər verir ki, bunu İranın Gəçsaran rayonunun qubernatoru Rəvanbəxş Deyhom deyib.

R.Deyhomun sözlərinə görə, şirkətin kimya məsələləri üzrə idarəsinə daxil olan şəxs silahla atəş açıb. Nəticədə 1 nəfər ölüb və 2 nəfər yaralanıb.

Atəş açan şəxs saxlanılıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, İranın Gəçsaran Neft-Qaz Hasilatı Şirkəti Cənub Neft Zonaları Milli Şirkətinin tabeliyində fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO