Respondentlər Azərbaycan cəmiyyətinin birliyini belə xarakterizə etdilər - SORĞU 

Respondentlər Azərbaycan cəmiyyətinin birliyini belə xarakterizə etdilər - SORĞU 

Hazırda oxunan: Respondentlər Azərbaycan cəmiyyətinin birliyini belə xarakterizə etdilər - SORĞU 

113364

Respondentlərin 32,5%-i Azərbaycan cəmiyyətinin birliyini siyasi birlik kimi xarakterizə edib.

Bizim.Media xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan cəmiyyətində birliyin, bütünlüyün məzmununa ictimai münasibətin öyrənilməsi məqsədilə keçirdiyi rəy sorğusunda öz əksini tapıb.  

Belə ki, respondentlərə “Azərbaycan cəmiyyətinin birliyini, bütünlüyünü necə görürsünüz?” sualı ünvanlanıb. 

Nəticələrə əsasən, respondentlərin əsas hissəsi, 32,5%-i Azərbaycan cəmiyyətinin birliyini siyasi birlik kimi xarakterizə edib. Təhlillər yaşı 65-dən yuxarı olan respondentlərin (43,1%) 18-24 yaş qrupunu təmsil edənlərlə (17,4%) müqayisədə bu mövqeyi daha çox bölüşdüyünü göstərir. 
Sorğuda iştirak edən hər üç nəfərdən birinin siyasi birlik amilini qeyd etməsi milli-etnik və dini müxtəlifliyə malik Azərbaycan cəmiyyətində vətəndaş kimliyinin bütün digər xüsusiyyətlərdən daha yuxarıda dayandığını göstərir. 

Sorğu iştirakçılarının 29,9%-i Azərbaycan cəmiyyətinin mövcud birliyini və bütünlüyünü milli-tarixi birliyin formulu kimi dəyərləndirib. Başqa sözlə, bu mövqedən çıxış edənlər cəmiyyətin formalaşmasını, hazırkı birliyini və bütünlüyünü paylaşılan ortaq tarixi təcrübələr, milli birlik və bərabərlik ilə əsaslandırıb. 

Yaş kateqoriyası üzrə nəticələrin təhlilinə əsasən, gənc respondentlərin 52,2%-i, eləcə də yuxarı yaş qrupuna aid olanların 29,4%-i bu mövqedən çıxış edib.  
Sorğuda iştirak edənlərin 13,4%-i əxlaqi-mənəvi amilləri əsas götürərək, cəmiyyətin bütünlüyünün bazisini dini-mənəvi əsaslarla əlaqələndirib. Həmçinin sorğuda iştirak edənlərin 9,0%-i cəmiyyətin birliyini, bütünlüyünü ideoloji amillərlə xarakterizə edib.  

Respondentlərin 11,8% bu suala rəyini ifadə etməkdə çətinlik çəkib, 3,4%-i digər cavab variantlarını qeyd edib. 

Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO